Şəkidə mağazalardan 9 min manatlıq oğurluq edən və həmkəndlisinə məxsus avtomobili qəsdən yandıran şəxs tutulub.
Yenisabah.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, oğurluqlar Baş Göynük kəndində yerləşən 3 mağazadan edilib. Zərərçəkənlər onlara məxsus obyektlərdən 9000 manat dəyərində ərzaq məhsullarının, tütün məmulatlarının,enerji içkilərinin, mobil telefon danışıq kartlarının və kassada olan nəğd pulun oğurlandığını bildiriblər.
Cinayəti törətməkdə şübhəli bilinən Baş Göynük kənd sakini Nazim Məmmədov saxlanılıb. İstintaq zamanı həmin şəxsin oğurluq etdiyi gecə öz həmkəndlisinə məxsus “VAZ-2107” markalı avtomobili də qəsdən yandırdığı müəyyən olunub. pizza hut
O, ifadəsində əməlini etiraf edib və oğurladıqlarının bir qismini dəyərindən ucuz qiymətə satdığını, əldə etdiyi pulu isə xərclədiyini bildirib
Faktla bağlı cinayət işi başlanılıb, N.Məmmədov təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib. Onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Telegram kanalımız