Şəkidə obyektlərdən və evlərdən oğurluq edən şəxs tutuldu   - Foto

saytların hazırlanması

Evə çatdırılma

Şəkidə obyektlərdən və evlərdən oğurluq edən şəxs tutuldu - Foto

Kriminal

14 Mart 2022 14:01 418


Şəki şəhərindən yerləşən “Playstation” oyun zalından oğurluq edilib. Polis Şöbəsinə müraciət edən zərərçəkən şəxs obyektdən 700 manat dəyərində televizorun oğurlandığını bildirib. 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Yeni Sabah"a verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər də məhkum olunmuş İlyas Nüybərov saxlanılıb. 

Aparılan ilkin araşdırmalar zamanı onun daha iki evdən televizor və təmir-tikinti alətləri, eləcə də tanışı ilə birgə Şəki şəhəri ərazisində yerləşən şirniyyat mağazasından pul oğurladığı da müəyyən edilib. Onun oğurladığı televizorlardan biri, eləcə də cinayətdə istifadə etdiyi alətlər və maska maddi sübut kimi götürülərək istintaqa təqdim edilib. pizza hut

Faktla bağlı cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə İ.Nüybərov barəsində həbs qətimkan tədbiri seçilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!