Şəkidə “Tullantılardan İncəsənətə” adlı sərgi keçirildi

saytların hazırlanması

Evə çatdırılma

Şəkidə “Tullantılardan İncəsənətə” adlı sərgi keçirildi

Mədəniyyət

24 Dekabr 2024 21:38 2184


Şəki-Zaqatala Regional Təhsil İdarəsi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Şəki Rayon Komitəsinin birgə təşkilatçılığı ilə yerli təhsil müəssisələrində fəaliyyət göstərən müəllimlər arasında “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Tullantılardan İncəsənətə” adlı əl işlərindən ibarət sərgi keçirilib.

Bu barədə "Report"un Şimal-qərb bürosuna Şəki-Zaqatala Regional Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, sərginin açılışından əvvəl müəllimlərin əl işlərinə baxış keçirilib. Sonra tədbir iştirakçıları “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində bir neçə sinifdə təşkil edilən açıq dərsləri izləyiblər. Marqarita pizza

Tədbirdə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Məktəbəqədər Təhsilin Təşkili Şöbəsinin müdiri İlahə Rəsulova, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova, ATİAHİ Şəki Rayon Komitəsinin sədri Ziyafət Xasıyeva və başqaları çıxış edərək, belə tədbirlərin müəllimlərin yaradıcılıq qabiliyyətlərinin inkişafı və ekoloji şüurun artırılması baxımından əhəmiyyətini vurğulayıblar.

Sərgi çərçivəsində təşkil edilən müsabiqənin qalibləri münsiflər heyətinin qərarı ilə müəyyənləşdirilib və onlara mükafatlar təqdim edilib.

Tədbir şagirdlərin hazırladığı “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş ədəbi-bədii kompozisiyanın nümayişi ilə başa çatıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!