Şəkidə xəsarət alan “Qəbələ” əməkdaşının son vəziyyəti

saytların hazırlanması

Evə çatdırılma

Şəkidə xəsarət alan “Qəbələ” əməkdaşının son vəziyyəti

İdman

15 İyul 2019 09:26 969


Səhiyyə Nazirliyi Şəki Xan Sarayının həyətində 500-ə yaxın yaşı olan çinar ağacının budağının qırılaraq yerə düşməsi nəticəsində xəsarət alanların son vəziyyəti barədə açıqlama yayıb.

“Yeni Sabah” xəbər verir ki, açıqlamada hadisə nəticəsində xəsarət alan "Qəbələ" klubunun əməkdaşı, jurnalist İlkin Məmmədovun səhhəti ilə bağlı da məlumat verilib.

1 saylı Kliniki Tibbi Mərkəzinə yerləşdirilən İlkin Məmmədova ağır dərəcəli kəllə beyin travması, sağ ayaqda sınıq diaqnozu qoyulub. Onun vəziyyəti stabildir, həyati təhlükəsi yoxdur.

Xatırladaq ki, hadisə nəticəsində 19 nəfər xəsarət alıb.

 

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!