Şəkidə yük maşını yandı, sürücü xəsarət aldı

saytların hazırlanması

Evə çatdırılma

Şəkidə yük maşını yandı, sürücü xəsarət aldı

Hadisə

18 İyun 2023 19:36 697


Şəkidə yük maşınında yanğın olub, sürücü yanıq xəsarətləri alıb.

APA-nın məlumatına görə, bu gün günorta saatlarında rayonun Kiçik Dəhnə kəndində, kənd sakini Əsadulla Yusif oğlu Yusifovun yaşadığı evin yaxınlığında park edilmiş, 1993-cü il təvəllüdlü Ağdaş rayon sakini Vüqar Mustafa oğlu Quliyeva məxsus “KamAZ” markalı, 45-BF-041 dövlət qeydiyyat nişanlı yük avtomobilinə qoşulmuş 03-ZA-051 dövlət qeydiyyat nişanlı qoşquda yanğın baş verib.

Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və şəxsi heyətləri cəlb edilib. Yanğın nəticəsində yük maşının qoşqusunun yanar hissələri və qoşquya yığılmış 5 ton ot bağlamasının 2 tonu yanıb. Yüksək temperaturdan Əsədulla Yusifova məxsus 1 ədəd qaz sayğacı əriyib. pizza

Yanğın zamanı avtomobilin sürücü Vüqar Quliyev bədən nahiyəsindən müxtəlif dərəcəli yanıq xəsarəti alıb və Təcili Tibbi Yardım Xidməti tərəfindən Şəki rayon Mərkəzi Xəstəxanasına aparılıb. Yaxınlıqdakı digər tikililər, ot bağlamasının qalan hissəsi və yük avtomobili yanğından mühafizə olunub.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!