Şəkidə zəncirvari qəza - Yaralılar var

saytların hazırlanması

Evə çatdırılma

Şəkidə zəncirvari qəza - Yaralılar var

Hadisə

09 Avqust 2023 01:41 1305


Şəkidə üç minik avtomobilinin iştirakı ilə zəncirvari yol qəzası olub, xəsarət alanlar var.

Yenisabah.az APA-ya istinadən xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistiral yolunun Şəki rayonu Oraban kəndi ərazisindən keçən hissəsində baş verib.

Hərəkədə olan “Mercedes”, “KIA” və “Cherry” markalı avtomobillər toqquşub. Sezar pizza

Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin (FHN) Şəki Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin xilasediciləri və Şəki Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili Tibbi Yardım Xidmətinin həkim briqadası cəlb edilib.

Qəza zamanı 1965-ci il təvəllüdlü Tahirə Ataş qızı Atakişiyeva, 1969-cu il təvəllüdlü Sevinc Zakir qızı Sərdarlı və 1993-cü il təvəllüdlü Nərmin Bakir qızı Yusifova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Hər üç şəxs Şəki RMX-a yerləşdiriliblər. Yaralıların vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!