Səkiləri işğal edən obyektlər – Onlara bu icazəni kim verir?

saytların hazırlanması

Evə çatdırılma

Səkiləri işğal edən obyektlər – Onlara bu icazəni kim verir?

Sosial

18 Mart 2025 14:50 452


Paytaxtın bir çox yerində obyektlər səkilərin üzərinə çıxır. Sahibkarlar müxtəlif konstruksiyalar və tikililərlə piyadalar üçün nəzərdə tutulan yolqırağı sahələri zəbt edir.

Mövzu ilə bağlı "Yeni Sabah"a danışan əmlak ekspert Ramil Qasımzadə bildirib ki, obyektlər sahibləri belə konstruksiyaların quraşdırılması ilə əlaqədar Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət edir:

“Əvvəllər müvafiq olaraq, sahibkarlar yaşayış sahələrinin qeyri-yaşayış sahələrinə çevrilməsi ilə bağlı rayon icra hakimiyyətinə müraciət edirdilər. Əgər səkiyə, piyadaların keçidinə mane olmurdusa, yaxud insanların keçidi üçün imkanlar var idisə, bu barədə müraciət edilir, rayon icra hakimiyyətləri tərəfindən baxış keçirilir və müvafiq qərarlar qəbul olunurdu. İndi isə hansısa tikinti elementlərində hər hansı konstruksiya dəyişiklik etmək və yaxud yaşayış sahəsinin təyinatını qeyri-yaşayış təyinatına dəyişmək istəyirlərsə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət edilir”.  Marqarita pizza

Ekspert qeyd edib ki, vətəndaşların gediş-gəlişinə mane olan obyektlərin səkilərə çıxması qadağandır:

“Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən həmin əmlaka baxış keçirilir və həmin yerdə qeyri-yaşayış sahəsinin fəaliyyət göstərmə imkanları varsa, onlara müsbət cavab verilir. Müsbət cavab verilmirsə, təbii ki, həmin əmlakın konstruksiyası sökülür və fəaliyyəti qadağan edilir. Bu məsələdə sahibkarları da başa düşmək lazımdır, amma obyektin artırması vətəndaşların gediş-gəlişinə mane olursa, təbii ki, bunun icrasının qarşısı alınmalıdır”.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!