Səlim Müslümov şəhərin mərkəzindəki obyektini satdı

saytların hazırlanması

Evə çatdırılma

Səlim Müslümov şəhərin mərkəzindəki obyektini satdı

Sosial

25 Mart 2026 23:28 842


Hazırda şərti cəza çəkən sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun Bakının mərkəzində yerləşən müsadirə edilmiş obyekti satılıb.

450 min manata hərraca çıxarılan qeyri-yaşayış sahəsini 600 min manata alıblar.

Səbail rayonunun Azadlıq prospektindəki həmin obyekt 50, 6 kv.metr ərazidə yerləşir. İcra məmuru əmlakı ilk hərracda satıb. Pepperoni pizza

Qeyd edək ki, S.Müslümov 27 milyon manat mənimsəmədə təqsirli bilinib. Dövlətə dəymiş ziyanı ödədiyi üçün ona şərti cəza verilib. Əlavə olaraq onun çoxsaylı əmlakı müsadirə edilib./qafqazinfo.az/


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!