Səməndər Rzayevin “baxımsız” məzarı: “Allah onların bəlasını versin!”

saytların hazırlanması

Evə çatdırılma

Səməndər Rzayevin “baxımsız” məzarı: “Allah onların bəlasını versin!”

Mədəniyyət

09 Fevral 2024 17:00 6064


“Allah bəlasını versin bunu düzəldib paylaşanların. Bu qədər şərəfsizlik olmaz".

Yenisabah.az xəbər verir ki, bunu mərhum Əməkdar artist Səməndər Rzayevin qızı Rübabə Səməndər "Facebook" profilində yazıb.

O, sosial şəbəkələrdə atasının məzarının baxımsız olması ilə bağlı yazılanlara sərt reaksiya verib: Pepperoni pizza

“Allah bəlasını versin bunu düzəldib paylaşanların. Bu qədər şərəfsizlik olmaz.

Saytlardan Yasamal qəbiristanlığından reportaj hazırlamışdı. Atamın məzarının montaj olunmuş fotosunu da manşetə çıxarmışdı. Baş redaktora zəng vurub iradımı bildirdim. Guya fotonu yazıdan götürdülər. İndi bilirəm ki, demə, belə bir iyrənc çarx düzəldib "TikTok"-da paylaşıblar.

Heç nə demirəm, dünyasını dəyişmiş insanların ruhunu aşağılayan, onların varislərinin heysiyyatı ilə oynayan hər kəs mən yaşadığımı yaşasın. Mənim kimi əzizləri yanaşı yatsın məzarda. Bəlkə o zaman insafları qımıldanar. Amma inanmıram. Vicdanı, insafı, əxlaqı pul olanlar çətin dönüb İnsan olsun. Sadəcə Allaha tapşırıram belələrini”.

Valideynləri və qardaşının qəbirstanlıq fotolarını paylaşan R. Səməndər əlavə edib:

“Budur ailəmin məzarları. Görün burada baxımsızlıqdan əsər-əlamət varmı? Allah atamın haqqında olmayan əhvalatlar, səviyyəsiz lətifələr uydurub yayımlayanların, ruhunu incidənlərin bəlasını versin!”

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!