Şəmkirdə 153 ədəd çətənə kolu aşkar edilib

saytların hazırlanması

Evə çatdırılma

Şəmkirdə 153 ədəd çətənə kolu aşkar edilib

Kriminal

13 May 2019 11:15 1835


Şəmkir sakinindən külli miqdarda marixuana götürülüb.

DİN-dən “Yeni Sabah”a verilən məlumata görə, Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan V.Mədətovdan narkotik vasitə olan heroin götürülüb. Polis əməkdaşları tərəfindən onun həmyerlisi Ə.Hüseynovla birgə kultivasiya yolu ilə 3 ədəd çətənə kolu yetişdirməsi müəyyənləşib. Görülmüş tədbirlərlə Ə.Hüseynov da saxlanılıb.

Həmçinin V.Mədətova narkotik vasitəni satmaqda şübhəli bilinən E.Əliyev də müəyyən edilərək saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin, yaşadığı evdən isə çəkisi 2,6 kiloqrama yaxın marixuana, həyətyanı sahəsindən isə kultivasiya yolu ilə yetişdirilən 153 ədəd çətənə kolu aşkar edilərək götürülüb. Marqarita pizza

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!