Şəmkirdə ikimərtəbəli ev yandı

saytların hazırlanması

Evə çatdırılma

Şəmkirdə ikimərtəbəli ev yandı

Hadisə

11 Oktyabr 2023 18:56 398


Şəmkir rayonunun Kür qəsəbəsində yanğın olub.

Yenisabah.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, ümumi sahəsi 55 kvadratmetr olan köməkçi tikilinin yanar konstruksiyaları 25 kvadratmetr sahədə, bitişik sahəsi 50 kvadratmetr olan talvarın taxta atmaları və ümumi sahəsi 280 kvadratmetr (hər mərtəbəsi 140 kvadratmetr) olan ikimərtəbəli 8 otaqlı evin 3 ədəd taxtadan ibarət pəncərə çərçivəsi yanıb. Pepperoni pizza

Yüksək temperaturdan evin 2 ədəd qapısı və 1 ədəd pəncərə çərçivəsi qarsalanıb. Evin, köməkçi tikilinin qalan hissəsi və yaxınlıqdakı avtomobil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!