Şəmsiyyə Bəylərqızı əfv edildi

saytların hazırlanması

Evə çatdırılma

Şəmsiyyə Bəylərqızı əfv edildi

Sosial

16 Mart 2019 21:16 3216


İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymaninin şikayəti əsasında həbsdə olan Şəmsiyyə Bəylərqızı əfv edilib.

“Yeni Sabah” xəbər verir ki, prezidentin bu gün imzaladığı əfv sərəncamında onun da adı var. Ş. Bəylərqızı Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirli bilinərək 2013-cü ildə 10 il müddətinə azadlıqdan məhrum edilib.

O, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham edilirdi. İttihama görə, Şəmsiyyə Bəylərqızı Əfşar Süleymaninin 741 min ABŞ dolları məbləğində pulunu mənimsəyib. Bundan əlavə, cinayət işi üzrə daha bir neçə zərərçəkmişin də olduğu qeyd edilib. Dominos pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!