Senator və konqresmenlər 2 İsrail rəsmisinə sankisya qoyulmasını tələb edir

saytların hazırlanması

Evə çatdırılma

Senator və konqresmenlər 2 İsrail rəsmisinə sankisya qoyulmasını tələb edir

Dünya

15 Noyabr 2024 15:49 910


ABŞ-nin 80-dən çox demokrat qanunvericisi ABŞ prezidenti Co Bayden administrasiyasını İsrailin daxili təhlükəsizlik naziri İtamar Ben-Qvir və maliyyə naziri Bezalel Smotriçə qarşı sanksiyalar tətbiq etməyə çağırıb.

Yenisabah.az "Axios"a istinadla xəbər verir ki, oktyabrın sonunda ABŞ Konqresinin Nümayəndələr Palatasının 17 senatoru və 71 üzvü Baydenə və ABŞ dövlət katibi Entoni Blinkenə müvafiq məktub göndərib. Onlar Ben-Qvir və Smotriçi İordan çayının qərb sahilindəki israilli məskunları Fələstin əhalisinə qarşı zorakılıq törətməyə təhrikdə ittiham edirlər.

Bayden və Blinkenin indiyə qədər belə tövsiyələri yerinə yetirməkdən yayınır. Mənbələrin bildirdiyinə görə, ABŞ prezidenti “müttəfiq dövlətin demokratik yolla seçilmiş rəsmilərinə qarşı sanksiyaların tətbiqini dəstəkləmir”. Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!