Sənaye məqsədli meşələr salınacaq

saytların hazırlanması

Evə çatdırılma

Sənaye məqsədli meşələr salınacaq

Sosial

07 Mart 2019 20:56 2907


Azərbaycanda sənaye məqsədli meşələr salınacaq.

“Yeni Sabah” xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparat rəhbəri Vüqar Kərimov deyib.

V.Kərimovun sözlərinə görə, ölkədə meşə fondu ərazilərinin hamısı tam olaraq meşə ilə örtülü deyil: Pepperoni pizza

"Elə ərazilər var ki, məsələn, Aran bölgəsində meşə fondu əraziləri olsa da, orada meşə yoxdur. Suvarma imkanları olan ərazilərdə sənaye məqsədli meşələr salmaq istəyirik. Elə ağac növləri var ki, onlar sürətlə inkişaf edir və həmin ağaclardan sənaye məqsədləri üçün istifadə etmək olar".

Aparat rəhbəri deyib ki, meşədən aparılan ağacların 90 faizi qeyri-yanacaq məqsədləri üçün istifadə edilir.

“Sahibkarlar sənaye məqsədli meşə əraziləri sala və həmin ağacların hesabına materiala olan tələbatlarını ödəyə bilərlər. Sənaye məqsədli meşələrin salınması meşələrə olan müdaxilələrin azaldılmasına, ona gəlir mənbəyi kimi baxılmamasına səbəb olacaq”.

V.Kərimov sənaye məqsədli meşələrin 2019-cu ildə salınmasının planlaşdırıldığını söyləyib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!