“Sepah” generalı: Bu, İsrail üçün məğlubiyyətdir

saytların hazırlanması

Evə çatdırılma

“Sepah” generalı: Bu, İsrail üçün məğlubiyyətdir

Dünya

28 Noyabr 2024 13:09 525


İsrail və Livanın Hizbullah hərəkatı arasında atəşkəs razılaşması İsrail üçün məğlubiyyətdir.

Yenisabah.az Press TV-yə istinadla xəbər verir ki, bunu İslam İnqilabı Keşikçiləri Korpusunun ("Sepah") komandiri Hüseyn Səlami deyib.

O, "Hizbullah" lideri Nəim Qasimə göndərdiyi mesajda yazıb: "Livan sərhədi yaxınlığında atəşkəs razılaşması sionist rejim üçün (İsrail - red.) strateji və alçaldıcı məğlubiyyətdir". Toyuqlu pizza

Səlami qeyd edib ki, İsrail “Hizbullah"a qarşı müharibədə əldə etdiyi məqsədlərin heç birinə nail olmayıb”.

Bundan əlavə, o, bu razılaşmanın “Qəzza zolağında müharibənin bitməsinə gətirib çıxaracağına” ümid etdiyini bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!