“Sepah” generalı: İsmayıl Qaani sağdır

saytların hazırlanması

Evə çatdırılma

“Sepah” generalı: İsmayıl Qaani sağdır

Dünya

07 Oktyabr 2024 13:17 501


İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) Qüds Qüvvələrinin rəhbəri general Qaani sağdır və fəaliyyətini davam etdirir.

Yenisabah.az Farsa-a istinadla xəbər verir ki, bunu İİKK Qüds Qüvvələrinin koordinatorunun müavini İrəc Məscidi deyib.

"Bir çoxunuz "General Qaaninin başına nə iş gəlib" sualı verir.  O, sağ-salamatdır və aktiv fəaliyyətdədir. Bəziləri deyir ki, açıqlama verin. Niyə bəyanat verilsin ki? Bunu etməyə ehtiyac yoxdur", - deyə Məscidi vurğulayıb. Dominos pizza

Onun sözlərinə görə, "Bu gün müqavimətin əsas qolu və Qəzzaya dəstək verən "Hizbullah"dır:

"O inanır ki, ya İsrail şərtləri qəbul etməli, ya da müharibə davam etdirilməlidir".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!