“Sepah” komandirinin müşaviri ABŞ-ni hədələdi

saytların hazırlanması

Evə çatdırılma

“Sepah” komandirinin müşaviri ABŞ-ni hədələdi

Dünya

15 Oktyabr 2024 14:43 579


İran Yaxın Şərqdəki ABŞ hərbi hədəflərinə çata biləcək silahlara malikdir.

Yenisabah.az Press TV-yə istinadla xəbər verir ki, bunu İslam İnqilabı Keşikçiləri Korpusu ("Sepah") komandirinin müşaviri İbrahim Cəbbari bildirib.

O deyib: “Amerikalılar bilməlidirlər ki, döyüş meydanında görünüb İrana qarşı hərəkət etmək istəsələr, onların bazaları, maraqları və gəmiləri bizim silahlarımızın əhatə dairəsində olacaq”. Dördpendirli pizza

Eyni zamanda o, Vaşinqtonun Tehranla açıq qarşıdurmaya girəcəyinə şübhə etdiyini bildirib: "Amerikalılar İsraili dəstəkləsələr də, çətin ki, axmaqlıq edib İranla münaqişəyə girsinlər".

Bundan əlavə, o, Qəzza zolağında və Livanda gedən döyüşlər zamanı İsrailin hərbi məqsədlərinə nail ola bilməyəcəyini bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!