Separatçılar iki əsgəri öldürdülər

saytların hazırlanması

Evə çatdırılma

Separatçılar iki əsgəri öldürdülər

Dünya

06 Aprel 2021 17:37 1078


Ukraynanın şərqindəki Donbas bölgəsində Rusiyapərəst separatçıların açdığı atəş nəticəsində 2 Ukrayna əsgəri həyatını itirib.

Yenisabah.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrindən açıqlama verilib. Açıqlamada eyni zamanda  rusiyapərəst separatçıların son 24 saat ərzində atəşkəsi 7 dəfə pozduqları da bildirilib.

Qeyd edək ki, Donbas bölgəsindəki böhranın həlli ilə əlaqədar  Rusiya, Ukrayna və ATƏT-dən ibarət Üçlü Təmas Qrupu 2020-ci il iyulun 27-də hərtərəfli atəşkəs qərarı qəbul edib. pizza mizza

Xatırladaq ki, Ukrayna Baş Qərargah rəisi Ruslan Homçak 30 martda parlamentdəki çıxışında Rusiyanın bir təlim bəhanəsi ilə Ukrayna sərhədləri yaxınlığına əsgər göndərdiyini bildirdi. Lakin bir müddət sonra Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsi Rusiyanın Ukraynaya qarşı geniş miqyaslı bir təxribata hazırlaşdığını iddia etdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!