DÇ-nin G qrupunda yer alan Serbiya və Kamerun yığmaları arasındakı oyun 3:3 hesabı ilə başa çatıb.
Yenisabah.az xəbər verir ki, oyunda ilk qolu 29-cu dəqiqədə Kamerun millisinin oyunçusu Jan-Şarl Kastelletto vurub. Yalnız 45+1-ci dəqiqədə “ağ qartallar” Straxinya Pavloviçin sayəsində hesaba bərabərlik gətirib. Bundan 2 dəqiqə sonra isə 45+3-də Sergey Milinkoviç-Saviç hesabdakı tarazlığı pozaraq komandasını 2:1 hesabı ilə önə keçirib.
Oyunun ikinci hissəsində, 53-cü dəqiqədə Aleksandr Mitroviç fərqi 2-ə qaldıraraq “ağ qartallar”ın arxayın olmasına rəvac yaradıb – 3:1. pizza hut
Bundan sonra oyundakı təşəbbüsü ələ almağa çalışan Kamerun millisi Vinsent Abubakarın sayəsində 63-cü dəqiqədə fərqi 1-ə endirib.
“Ramolunmaz şirlər” bununla da yetinməyərək 68-ci dəqiqədə hesabı bərabərləşdirməyə nail olublar.
Bununla da ilk oyunda məğlub olan tərəflərin son ümidi növbəti, üçüncü turda keçiriləcək Serbiya-İsveçrə və Kamerun-Braziliya matçlarına qalıb.
Telegram kanalımız