Sərdar evli qalmaq üçün 500 min lirə təklif edib - Boşanmanın şok detalları

saytların hazırlanması

Evə çatdırılma

Sərdar evli qalmaq üçün 500 min lirə təklif edib - Boşanmanın şok detalları

Şou

20 Avqust 2019 15:34 1559


Məşhur müğənni Sərdar Ortaç ilə həyat yoldaşı Xloenin 5 illik evliliyinin 5 dəqiqədə bitməsinin səbəbləri ortaya çıxıb.

“Yeni Sabah” Türkiyə mediasına istinadən xəbər verir ki, Sərdar Ortaçın xəstəliyinin (Dağınıq skleroz) irəliləməsi və qumara olan həvəsi ucbatından maddi çətinliklə üzləşdiyi və bunun cütlüyün münasibətlərinə mənfi təsir etdiyi bildirilir.

Məlumata görə, ifaçı daha bir müddət evli qalmaq üçün həyat yoldaşına 500 min lirə təklif edib. Lakin, təklifi rədd olunduqdan sonra birbaşa boşanmağa qərar verib. Boşandıqdan sonra Xloeyə S.Ortaç tərəfindən maddi yardım tamamilə dayandırılıb.  Marqarita pizza

Boşandıqdan sonra Xloenin türk vətəndaşı olmadığı da ortaya çıxıb. O, S.Ortaçın şirkətində işləyən işçilərdən biri kimi qeydiyyatdan keçirilibmiş. Boşandıqdan sonra işdən çıxarılan model ölkə vətəndaşı olmadığı üçün çarəsiz halda vətəninə - İrlandiyaya geri qayıdıb.

Əsmətxanım


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!