“Şerif”in erməni klubu ilə oyununda “Qarabağ Azərbaycandır” aksiyası   - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

“Şerif”in erməni klubu ilə oyununda “Qarabağ Azərbaycandır” aksiyası - Fotolar

İdman

26 Avqust 2022 11:18 1199


Moldova Azərbaycanlıları Konqresi “Qarabağ Azərbaycandır!” adlı aksiya keçirib.

Yenisabah.az "Azərtac"a istinadən xəbər verir ki, 100-ə yaxın soydaşımız UEFA Avropa Liqasının pley-off mərhələsində Kişineuda keçirilən “Şerif” (Moldova)-“Pünik” (Ermənistan) qarşılaşmasında ingilis və Azərbaycan dillərində yazılan “Qarabağ Azərbaycandır!” şüarı olan köynək geyinərək Moldova komandasına dəstək olublar.

Aksiyada Azərbaycan və Moldovanın dövlət bayraqları dalğalandırılıb. Dominos pizza

Qeyd edək ki, bu qarşılaşmada Moldovanın “Şerif “komandası qalib gələrək UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!