Sərt karantin günlərində bu yerlər bağlı olacaq

saytların hazırlanması

Evə çatdırılma

Sərt karantin günlərində bu yerlər bağlı olacaq

Sosial

19 İyun 2020 17:23 653


Yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsusi karantin rejiminin sərtləşdirilməsini təmin etmək üçün Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək bir sıra sahələr üzrə məhdudiyyətlər tətbiq ediləcək. 

Yenisabah.az xəbər verir ki, aşağıda qeyd edilən iş və xidmət sahələri üzrə fəaliyyət dayandırılacaq:

1.1.1. nəzdindəki ərzaq mağazaları və apteklər istisna olmaqla, iri ticarət mərkəzlərinin fəaliyyəti; Marqarita pizza

1.1.2. ictimai iaşə obyektlərində müştərilərə yerində xidmətlər;

1.1.3. muzey və sərgi zallarının fəaliyyəti;

1.1.4. bərbərxanaların, gözəllik salonlarının fəaliyyəti və kosmetik xidmətlər (o cümlədən, bu sahələrdə müştərinin evində və ya digər məkanda xidmət); 

1.1.5. təhsil müəssisələrinin fəaliyyəti (onlayn imtahan, müsabiqə və müsahibələr istisna olmaqla);

1.1.6. açıq havada idman yarışlarının və oyunlarının keçirilməsi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!