Sərt karantin  günlərində dərmana ehtiyacı olanların NƏZƏRİNƏ!

saytların hazırlanması

Evə çatdırılma

Sərt karantin günlərində dərmana ehtiyacı olanların NƏZƏRİNƏ!

Sağlamlıq

14 İyun 2020 08:32 768


Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində tətbiq olunan sərtləşdirilmiş karantin rejimi zamanı vətəndaşlar apteklərdən dərman vasitələrini sifariş vermək üçün (012) 914 və *7700 “Qaynar Xətt”inə və www.aptekonline.az internet səhifəsinə müraciət edə bilərlər.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan “Yeni Sabah”a verilən məlumatda vətəndaşlara yalnız zəruri halda dərman sifariş vermələri tövsiyə edilib.

Qeyd edək ki, 2020-ci il 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində tətbiq olunan sərtləşdirilmiş karantin rejimi zamanı yalnız ünvana çatdırılma xidməti göstərməklə apteklərin fəaliyyətinə icazə verilib. Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!