Sərt karantin rejiminə görə paytaxtda əlavə zibil qutuları qoyulur - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Sərt karantin rejiminə görə paytaxtda əlavə zibil qutuları qoyulur - Fotolar

Sosial

13 İyun 2020 15:11 752


Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən 14 iyun tarixindən 2 gün ərzində Bakı şəhəri də daxil olmaqla 3 şəhər və 5 rayonun ərazisində sərtləşdirilmiş karantin rejiminin tətbiqi ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin strukturları, şəhərin kommunal xidmətləri tərəfindən əlavə tədbirlər həyata keçirilir.

İcra Hakimiyyətindən Yenisabah.az-a daxil olan məlumata görə, paytaxtda koronovirus pandemiyası ilə mübarizə tədbirlərinin mühüm bir hissəsini yaşayış binaları, giriş blokları, ümumi istifadə yerləri, idman meydançaları, lift kabinaları və digər yerlərin təmizliyinin təmini, həmin yerlərin mütəmadi olaraq dezinfeksiyası təşkil edir. Eyni zamanda məişət tullantılarının vaxtında daşınması da mühüm əhəmiyyət kəsb edir. 

Məlumata görə, keçən həftə sərt karantin günlərində vətəndaşların üzləşdiiyi müəyyən çətinliklərlə bağlı onların müraciətləri nəzərə alınaraq kommumal xidmətlər tərəfindən paytaxtın bütün rayonlarında məişət tullantılarının atılması üçün konteyner meydançası olmayan  çoxmərtəbəli yaşayış binalarının həyətlərinə, blokların çıxışına yaxın yerlərdə məişət tullantılarının atılması üçün tullantı konteynerləri qoyulur. Bu da 2 günlük sərt karantin günlərində sakinlərin problemlərinin həllinə kömək olacaqdır.  pizza hut

Bildirilib ki, dünəndən etibarən bu prossesə başlanılıb. İki gün ərzində meydançalardakı mövcud konteynerlərdən əlavə daha 1000-dən çox belə konteyner qoyulacaq və bu müvəqqəti haldır. Sonradan konteynerlər yığışdırılaraq meydançalara qaytarılacaq.

Həmin günlərdə kommunal xidmətlər gücləndirilmiş iş rejimində çalışacaq, bu konteynerlərin ətrafı da dezinfeksiya ediləcəkdir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!