Sərt qış fermerləri çətin vəziyyətdə qoyub: 5 min manatlıq ziyan dəyib

saytların hazırlanması

Evə çatdırılma

Sərt qış fermerləri çətin vəziyyətdə qoyub: 5 min manatlıq ziyan dəyib

Sosial

23 Mart 2025 19:43 308


Bu il qışın sərt keçməsi Astarada sitrus bağlarının, əsasən də limon ağaclarının şaxtavurması ilə nəticələnib. Ağaclarda qalan meyvələr çürüyüb, yarpaqlar saralıb, ağac özü isə quruyub. Fermerlərə orta hesabla 4-5 min manata yaxın ziyan dəyib.

"Bu il qış sərt keçdi, bizə çox ziyanı dəydi. Təqribən 7-8 min limonu şaxta vurub, hamısı tökülüb yerə. İlk dəfədir ki, bu hal olur. 71 yaşımdayam, bu yaşa qədər belə şey görməmişəm", - deyə fermer bildirib.

Qeyd edək ki, Astara rayonunda sitrus meyvə bağlarının əksəriyyəti 2018-ci ildən salınan birdəfəlik bağlardır. Fermerlər bu bağlara görə birdəfəlik subsidiyalarla bəhrələnib və subsidiyaların nəticəsi olaraq sitrus meyvə bağları 2200 hektardan 4563 hektara çatdırılıb. pizza

Daha ətraflı Baku TV-nin süjetində:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!