Serxio Ramosa da Ərəbistandan təklif gəldi

saytların hazırlanması

Evə çatdırılma

Serxio Ramosa da Ərəbistandan təklif gəldi

İdman

03 İyun 2023 12:48 859


Fransanın PSJ klubunun futbolçusu Serxio Ramos karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Yenisabah.az "Defensa Central"a istinadən xəbər verir ki, "Əl-Hilal" 37 yaşlı müdafiəçini heyətinə qatmaq istəyir.

Təcrübəli oyunçunun nümayəndələri bir neçə aydır ki, mümkün transferlə bağlı danışıqlar aparır. pizza sifarişi

"Əl-Hilal" Ramosa 30 milyon avro maaşla iki illik müqavilə təklif edir.

Qeyd edək ki, Serxio Ramos 2021-ci ilin iyulundan PSJ-də çıxır. Onun mövsümün sonunda Paris təmsilçisindən ayrılacağı dəqiqləşib. "Əl-Hilal" Fransa klubunun digər ulduz futbolçusu Lionel Messini də heyətinə qatmağı planlaşdırır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!