Yanvarın 25-də saat 23 radələrində Dənizkənarı Milli Parkın ərazisində Qobustan rayon sakini Ü.Nəsirov dənizə düşüb.
Daxili İşlər Nazirliyindən (DİN) Yenisabah.az-a verilən məlumata görə, şəxsin sərxoş olduğu müəyyən olunub.
O, ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən xilas edilərək xəstəxanaya yerləşdirilib. Pepperoni pizza
Rəsmi məlumata görə, hazırda Ü.Nəsirovun vəziyyəti qənaətbəxşdir.
Telegram kanalımız