Səs yazısı yayılan direktora cinayət işi açıldı

saytların hazırlanması

Evə çatdırılma

Səs yazısı yayılan direktora cinayət işi açıldı

Kriminal

24 Fevral 2022 17:45 2907


Mediada məktəb direktorunun səs yazısının yayılması faktı ilə bağlı Ağstafa rayon prokurorluğunda araşdırma aparılıb. 

Baş Prokurorluğun Mətbuat xidmətindən Yenisabah.az-a bildirilib ki, araşdırmalarla “Ş.Abadov” adına Aşağı Kəsəmən kənd tam orta məktəbinin direktoru Mətanət Məmmədovanın öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək həmin məktəbin müəllimlərindən təyin edilmiş dərs saatlarına görə müxtəlif məbləğlərdə pul tələb edərək almasına dair əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Ağstafa rayon prokurorluğunda Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə cinayət işi başlanıb. Pepperoni pizza

Hazırda iş üzrə istintaq davam edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • RAHİM
    Bütün direktorlar elədilər də. Qoy bur direktor çıxsın desin ki MƏN elə. Deyiləm. 40 il MÜƏLLİM işləmişəm. Hamısını elə. Görmüşəm.
    4 years ago