Səud ailəsinin sərvəti – Dünyanın ən zəngin beşliyi

saytların hazırlanması

Evə çatdırılma

Səud ailəsinin sərvəti – Dünyanın ən zəngin beşliyi

Dünya

18 Sentyabr 2021 12:30 1351


Səidiyyə Ərəbistanının kral ailəsi dünyanın ən varlı ailələri siyahısındadır.

Yenisabah.az “Bloomberg”ə istinadla xəbər verir ki, Ali-Səud xanədanı öz sərvəti ilə ən varlı ailələrin siyahısında beşinci sırada qərarlaşıb.

Xanədan 100 milyard dollarlıq sərvətə sahibdir. pizza

Amerikalı Uolton ailəsi ən zənginlər siyahısına başçılıq edir və ailə 238,2 milyard dollarlıq sərvəti ilə dünyanın ən zəngin xanədanıdır. O, ABŞ -da “Walmart” şəbəkə mağazalarına sahibdir.

Mars ailəsi ikinci sırada qərarlaşıb və məşhur "Mars" şirniyyat markasının sahibidir.

O, 141,9 milyard dollarlıq xəzinə üstündə oturub.

Kox ailəsi 124,4 milyon dollarlıq sərvətlə və sənaye fəaliyyəti ilə üçüncüdür.

Hermes ailəsi 111,6 milyard dollarlıq lüks mallarla dördüncü olub.

Səudiyyə Ərəbistanının yeraltı mineral ehtiyatları 1,3 trilyon dollar dəyərindədir.

Səudiyyə kral ailəsinin 334 illik tarixi var.

Ailənin sərvətindən təxminən 15 min şahzadə pay alır.

Bu şahzadələrdən yalnız iki min nəfəri müxtəlif qurumlarda vəzifə tutur.

Səudiyyə hökuməti dünyanın ən böyük neft şirkəti olan “Aramco”nun 98,2%-inə sahibdir. 

O, xanədanın əsas gəlir mənbəyidir.

Şirkətin sərvəti 2 trilyon dollara çatır.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!