Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda metro açılıb.
Yenisabah.az “Əl-Ərəbiyyə”yə istinadla xəbər verir ki, ilk mərhələdə 6 xəttdən üçü açıqdır. Birincisi (38 km) şəhərin şimalından cənubuna, ikincisi (29 km) mərkəzdən Kral Xalid Beynəlxalq Hava Limanına qədər uzanır, üçüncü (30 km) isə şimal və şimal-şərqdəki əraziləri birləşdirir.
Ötən həftə metronun açılış mərasimində Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz bin Əbdülrəhman Əl Səud çıxış edib. Layihə şahzadənin nəzarət etdiyi “Vision 2030” strategiyasının məqsədlərinə uyğun olaraq vəliəhd şahzadə Məhəmməd bin Salmanın dəstəyi ilə həyata keçirilir. pizza
Dekabrın 15-də qərbdən şərqə doğru uzanan dördüncü (25 km) və şəhərin mərkəzindən keçən beşinci (13 km) xəttin açılışı gözlənilir. 2025-ci il yanvarın 5-nə planlaşdırılan üçüncü mərhələ həm də Ər-Riyadın qərbindən şərqinə uzanan altıncı xəttin (41 km) işə salınmasını nəzərdə tutur.
Metro xətlərinin ümumi uzunluğu 176 km olacaq. Paytaxt metrosu Məkkə aqlomerasiyasının yüksək metropolitenindən sonra ölkədə ikinci olacaq.
Telegram kanalımız