İstər sevgi, istərsə dostluq olsun, həmişə etibar edə biləcəyimiz insanları axtarır, lakin çox vaxt bir çox münasibətlərdə müxtəlif problemlərlə üzləşə bilirik.
Yenisabah.az xəbər verir ki, astroloqlar ən təhlükəli bürcləri araşdıraraq onları sıralayıb.
Sevgidə ən təhlükəli bürcləri təqdim edirik: Pepperoni pizza
Əqrəb
Qısqanc və aqressiv hərəkətləri ilə tanınan əqrəblərin bu siyahıda olmaması təbii ki, absurd olardı. Əqrəb bürcü onlara edilən pisliyi unutmur. Əqrəblər yalan danışmaqda ustadır. Amma ona yalan danışmısınızsa, bu yalan başınıza bəla ola bilər. Çünki Əqrəb heç vaxt yalanı bağışlamır. Çox təhlükəli olan əqrəblə söz güləşdirmək məsləhət deyil.
Xərçəng
Xərçənglər ən təhlükəli bürclər siyahısında ikinci yerdədir. Həssas, mərhəmətli və dözümlü xarakteri ilə tanınan xərçənglər əslində, sağı göstərib, sola vuran insanlardır. Xərçənglərlə çox mübahisə etmək tövsiyə edilmir.
Oxatan
Oxatanlar siyahıda üçüncüdür. Harizmatik rəftarları və zəkaları ilə ətrafdakıların hörmətini qazanan bu bürcün cinayətə meylinin yüksək olduğu müşahidə edilib. Oxatan tez əsəbləşən və tez coşub-gurlayan bürclərdəndir. Onlarla müzakirə zamanı diqqətli olmaq faydalıdır.
Tərəzi
Sadalanan bürclərdən əlavə Tərəzi bürcünə də diqqət etməlisiniz. Kiçik problemdən belə dəliyə dönən tərəzilər çox vaxt dözülməz ola bilirlər. Tərəzilər yaxşı detektivdir. Onlardan heç bir sirr saxlamaq mümkün deyil. Sirri öyrənsə belə, tərəzilər bəzən bunu günlərlə qarşısındakı adama hiss etdirmir və fürsət düşən kimi bundan istifadə edirlər. Tərəzilər haqsız olduqları halda belə özlərini haqlı hesab edirlər.
Gülxanım Əliyeva
Telegram kanalımız