Sevgilisinin evindən 7800 manat oğurladı, həbs olundu 

saytların hazırlanması

Evə çatdırılma

Sevgilisinin evindən 7800 manat oğurladı, həbs olundu 

Kriminal

17 Sentyabr 2022 11:53 1060


Sumqayıt Şəhər Məhkəməsində sevgilisinin evindən 7800 manat pul oğurlayan 1986-cı il təvəllüdlü İmaməddin Heydərova (bütün soyadlar şərtidir) hökm oxunub. O, Cinayət Məcəlləsinin 177.2.4-cü (oğurluq - xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirli bilinib. 

Yenisabahah.az xəbər verir ki, hadisə ötən il Sumqayıtda baş verib. Araşdırmalar zamanı bəlli olub ki, İmaməddin Heydərov Sumqayıt şəhəri 41-ci məhəllə ərazisində yerləşən kafeyə müştəri kimi gedən zaman Məhluqə Tağıyeva ilə tanış olub və aralarında sevgi münasibəti yaranıb. O, sonradan Məhluqəyə onun evində görüşməyi təklif edib və bununla da, müxtəlif vaxtlarda Məhluqənin evində olub, orada gecələyib. 

Hadisə günü Məhluqə həkimə gedəcəyi üçün evin yataq otağından 1000 manat pul götürərkən İmaməddin Heydərov bunu görüb və oğurluq etmək qərarına gəlib. Onlar birlikdə Sumqayıt şəhəri ərazisində yerləşən xəstəxanaya gedərkən, yolda Məhluqə həkimə aparmalı olduğu dərman siyahısını evdə unutduğunu deyib, açarı ona verib, dərman siyahısını evdən gətirməyini xahiş edib, özü isə xəstəxanaya gedib.  Toyuqlu pizza

İmaməddin evə qayıdaraq yataq otağından 7800 manatı oğurlayıb, siyahını Məhluqəyə verərək Qaradağ rayonunda yerləşən iş yerinə – daş karxanasına gedib. 

Təqsirləndirilən şəxs qismində dindirilən İ. Heydərov ifadəsində özünü təqsirli bilib: “Oğurladığım pulu üzərimdə gəzdirirdim. Xırdalanda mağaza işlədən tanışım Kərəm söhbət zamanı borc lazım olduğunu dedi. 3750 manatı Kərəmə borc olaraq verdim. Qalanını da restoranlarda və mağazalarda xərclədim. Əməlimdən peşmanam.” 

Zərərçəkmiş şəxs bildirib ki, o İmaməddinin oğurluq etməsindən İmaməddinin bacısı sayəsində xəbərdar olub: “Zənglərimə cavab vermədikdə mənə verdiyi başqa nömrəni yığdım. Zəngə bacısı cavab verdi, İmaməddinin mənə dediyi hər şeyin yalan olduğunu söylədi. Şübhələndim və yataq otağımdakı dolabı yoxlayarkən pulun yerində olmadığını gördüm. Onu İmaməddinin oğurladığını başa düşdüm.” 

Məhkəmənin qərarı ilə İmaməddin Heydərova ilə 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

Nəzrin Cavadzadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!