Sevinc Çılğının sehirli “Adagio”su   - FOTO

saytların hazırlanması

Evə çatdırılma

Sevinc Çılğının sehirli “Adagio”su - FOTO

Mədəniyyət

28 Dekabr 2023 16:12 1926


Tanınmış şair Sevinc Çılğının şeirli, musiqili təqdimat-konserti keçirilib. 

Yenisabah.az xəbər verir ki, "Adagio" adlı sənət gecəsi dekabrın 26-da Beynəlxalq Muğam Mərkəzində baş tutub. 

Muğam Mərkəzinin foyesində şairin yeni kitabının - "Adagio”un təqdimatı ilə başlayan gecə, daha sonra Mərkəzin səhnəsində konsert proqramı ilə davam edib.  pizza

Konsertdə həm müəllifin, həm tanınmış aktrisaların ifasında şeir kompozisiyaları səsləndirilib. Həmçinin məşhur müğənnilər Sevinc Çılğının sözlərinə bəstələnmiş mahnıları ifa ediblər.

Şeirli, musiqili sənət gecəsində Azərbaycan səhnəsinin ulduzları İlqar Muradov, Gülüstan Əliyeva, Dilarə Əliyeva, Ayaz Qasımov, Vüsal Hacıyev, Pərviz Abdullayev, Zabitə Əliyeva, Nazim Məmmədov, Orxan Bağırov, Fidan Süleymanova, Təranə Ocaqverdiyeva, Natəvan Qeybani və sürpriz qonaqlar çıxış ediblər. 

 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!