Qazax rayonunda bir nəfərin ölümünə səbəb olan partlayışla bağlı araşdırma başlayıb.
Bu barədə “Yeni Sabah”a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Qeyd olunub ki, Qazax şəhər sakini 1994-cü il təvəllüdlü Şəmil İbrahimovun Qazax Neft Baza Sahəsinin həyətində “MAN” markalı avtomobildə baş vermiş partlayış nəticəsində ölməsi faktı üzrə Qazax Rayon prokurorluğunda araşdırma aparılır. Toyuqlu pizza
Qeyd edək ki, hadisə Qazax rayonu, Xanlıqlar kəndi ərazisində yanacaq daşıyan avtomobildə baş verib. Əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub. Yanğın söndürülüb.
Telegram kanalımız