Şeyx Qasim “Hizbullah”ın yeni rəhbəri oldu

saytların hazırlanması

Evə çatdırılma

Şeyx Qasim “Hizbullah”ın yeni rəhbəri oldu

Dünya

29 Oktyabr 2024 13:24 550


Livanın "Hizbullah" şiə hərəkatının əsas rəhbər orqanı olan Şura Naim Qasimi təşkilatın rəhbəri təyin edib.

Yenisabah.az xəbər verir ki, sentyabrın sonunda İsrail Hərbi Hava Qüvvələri "Hizbullah"ın mərkəzi qərargahının yerləşdiyi Beyrutun cənub ətrafına hava hücumu həyata keçirib. Bu zərbə nəticəsində hərəkatın baş katibi Həsən Nəsrullah öldürülüb.

Oktyabrın 23-nə keçən gecə İsrail ordusu Nəsrullahın mümkün varisi Haşim Səfiəddinin öldürüldüyünü elan edib. pizza hut

Şeyx Qasimin 71 yaşı var. Nəsrullahın ölümündən sonra o, "Hizbullah"ın müvəqqəti rəhbəri vəzifəsini icra edib. Qasım Beyrut Universitetini bitirib və 1982-ci ildə "Hizbullah"ın qurucularından biri olub. 1991-ci ildən hərəkat rəhbərinin müavinidir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!