Mərkəzi Gömrük Hospitalında müalicə alan Səyyad Əlizadənin vəziyyəti ağır olaraq qalır.
Yenisabah.az xəbər verir ki, bu haqda sənətçinin kürəkəni Razim Qasımov məlumat yayıb.
Sənətçi hələ də "ECMO" cihazına qoşulu vəziyyətdədir. Toyuqlu pizza
Razim Qasımov bildirib: "Komadadır, vəziyyəti ağır, stabil olaraq qalır. Həkimlər əlindən gələni edir, amma irəliləyiş yoxdur".
Səyyad Əlizadə xəstəxanaya yerləşdirildiyi gündən komadadır.
Onun vəziyyəti ağır olduğu üçün yaxınları Mərkəzi Gömrük Hospitalına köçürülməsini istəyiblər.
Telegram kanalımız