Silahlı şəxs sərnişinlərlə dolu avtobusu ələ keçirdi - Foto

saytların hazırlanması

Evə çatdırılma

Silahlı şəxs sərnişinlərlə dolu avtobusu ələ keçirdi - Foto

Dünya

20 Avqust 2019 14:32 1007


Braziliyanın Rio-de-Janeyro şəhərində silahlı şəxs sərnişinlə dolu avtobusu ələ keçirib. Girov götürülən sərnişinlərin sayı dəqiq məlum deyil.

"Yeni Sabah" bildirir ki, bu barədə “Correio Braziliense” qəzeti yazıb.

İnsident avqustun 20-də səhər saatlarında Rio-Niteroi avtomobil körpüsündə baş verib. Hazırda körpüdə avtomobillərin hərəkəti dayandırılıb. Dördpendirli pizza

İlkin məlumata əsasən, avtobusu ələ keçirən cinayətkar özünü hərbi polis zabiti kimi təqdim edib. O, sürücüdən nəqliyyat vasitəsini dayandırmağı tələb edib və avtobusu yandıracağı ilə hədələyib.

Silahlı şəxsin indiyədək azı dörd girovu azad etdiyi bildirilir. Hüquq-mühafizə orqanlarının nümayəndələri hələlik motivləri bəlli olmayan cinayətkarla danışıqları davam etdirir. Hadisə yerinə xüsusi təyinatlı dəstə göndərilib.

/Azərtac


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!