Silsilə oğurluq edənlər tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Silsilə oğurluq edənlər tutuldu

Kriminal

17 May 2019 09:03 983


Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində qabaqcadan əlbir olaraq rayon ərazisində yerləşən fərdi yaşayış evlərindən, kafe və restoranlardan silsilə oğurluqlar edərək zərərçəkmişlərə xeyli miqdarda maddi ziyan vuran altı nəfərdən ibarət oğru dəstə saxlanılıb.

DİN-dən "Yeni Sabah"a verilən məlumata görə, araşdırmalarla onların Xaçmaz rayon sakinləri Mirbaba Ağayev, Zöhrab Şıxıyev, Zaur Mustafayev, Tərxan Məmmədov, Əmrah Zülfüqarov və əvvəllər məhkum olunmuş Allahverdi Sadıxov olduqları müəyyən edilib.

Dindirilmə zamanı həmin şəxslər törətdikləri oğurluq hadisələrini etiraf ediblər. Araşdırmalar zamanı məlum olub ki, dəstə üzvləri ondan çox evlərə, eləcə də gecə vaxtı bağlı olan kafe və restoranlara qanunsuz daxil olaraq, oradan pul, xalçalar, televizorlar, paltaryuyan, təsərrüfat malları və digər məişətdə istifadə olunan avadanlıqları oğurlayıblar. Oğurladıqları qənimətləri Əmrah Zülfüqarova məxsus nəqliyyat vasitəsi ilə hadisə yerindən aparan dəstə üzvləri, həmin əşyaların bir qismini dəyərindən ucuz qiymətə satıblar. Satışdan əldə olunan pullar isə dəstə üzvləri arasında bölünüb. Toyuqlu pizza

Oğurluq yolu ilə əldə edilmiş əşyaların xeyli hissəsi isə polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülərək istintaqa təqdim olunub.

Faktlarla bağlı Xaçmaz RPŞ-nin İstintaq Bölməsində Cinayət Məcəlləsinin müvafiq maddələri açılan cinayət işi üzrə araşdırmalar davam etdirilir. Həmin şəxslərin başqa oğurluq hadisələrində iştirak edib-etməmələri araşdırılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!