Şimali Koreya lideri Kim Çen In ABŞ, Cənubi Koreya və Yaponiya arasında hərbi əməkdaşlığa qarşı ölkənin nüvə gücünü gücləndirəcəyini vəd edib.
Yenisabah.az Yonhap-a istinadla xəbər verir ki, o, Koreya Xalq Ordusu (KXOA) batalyonlarının komandirləri və siyasi komissarlarının dördüncü görüşü zamanı deyib:
“Biz heç bir məhdudiyyət olmadan nüvə əsaslı özünümüdafiə qüvvələrimizi gücləndirəcəyik”. Sezar pizza
Kim Çen Inın sözlərinə görə, hərbi hazırlıqların tamamlanması və nüvə gücünün gücləndirilməsi hərbi əməliyyatların qarşısını almaq və lazım gələrsə, düşmənlərə qarşı qabaqlayıcı zərbə endirmək üçün lazımdır. O, ABŞ, Cənubi Koreya və Yaponiya arasında hərbi əməkdaşlığı Koreya yarımadasında sülhü təhdid edən əsas amil adlandırıb.
Telegram kanalımız