Şimali Koreya Rusiyaya əlavə qoşun göndərməyə hazırlaşır

saytların hazırlanması

Evə çatdırılma

Şimali Koreya Rusiyaya əlavə qoşun göndərməyə hazırlaşır

Dünya

23 Dekabr 2024 11:22 303


Şimali Koreya Ukraynaya qarşı müharibə üçün Rusiyaya əlavə qoşun və hərbi texnika, o cümlədən kamikadze pilotsuz təyyarələr göndərməyə hazırlaşır.

Yenisabah.az xəbər verir ki, bu barədə Cənubi Koreya kəşfiyyatı məlumat yayıb. 

Cənubi Koreya kəşfiyyatı KXDR-in Rusiyaya raket buraxılış sistemləri və özüyeriyən artilleriya qurğuları təqdim etdiyini xatırladıb: "Çoxsaylı kəşfiyyat məlumatlarının hərtərəfli qiymətləndirilməsi göstərir ki, Şimali Koreya Rusiyada qoşunların yerləşdirilməsini və ya rotasiyasını artırmağa hazırlaşır". pizza

Bundan əlavə, kəşfiyyat rəsmiləri qeyd edib ki, Şimali Koreya ilk dəfə noyabr ayında Kim Çen Inın yoxlaması zamanı təqdim edilmiş kamikadze dronların istehsalına və tədarükünə başlayır. Kəşfiyyat rəsmiləri bunun səbəbini KXDR-in döyüşdə praktiki təcrübə qazanmaq və silah sistemini modernləşdirmək istəyi ilə izah edirlər./unikal.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!