Şimali Koreyanın raket sınaqları aranı qatdı – Üç ölkə bəyanat verdi

saytların hazırlanması

Evə çatdırılma

Şimali Koreyanın raket sınaqları aranı qatdı – Üç ölkə bəyanat verdi

Dünya

29 Avqust 2019 10:38 984


Şimali Koreyanın ballistik raket sınağı Briyaniya, Fransa və Almaniyanın qınağına səbəb olub. 

“Yeni Sabah” xəbər verir ki, Britaniya, Fransa və Almaniya BMT-nin siyasi məsələlər üzrə nümayəndəsi Rosmeri DiKarlo ilə onların xahişi əsasında Təhlükəsizlik Şurasının qapalı keçirilmiş iclasından sonra bəyanat açıqlayıb. 

Hər üç ölkə Şimali Koreyanın son həftələr ardıcıl olaraq ballistik raket sınaqları keçirməsindən narahat olduqlarını bildiriblər. ABŞ-ın müttəfiqləri  bunu BMT Təhlükəsizlik Şurasının bu kimi addımları qadağan edən qətnamələrinin pozulması kimi qiymətləndiriblər. pizza sifarişi

Təhlükəsizlik Şurasının üç avropalı üzvü Şimali Koreyanı ABŞ prezidenti Donald Trampın Kim Çen İn ilə iyunun 30-da iki Koreya arasında demilitarizasiya zonasında görüşü zamanı razılaşdıqları kimi ABŞ-la danışıqlara qatılmağa çağırıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!