Azərbaycan yığmasının Şimali Makedoniya ilə keçirəcəyi yoxlama oyununun hakimləri müəyyənləşib.
Yenisabah.az xəbər verir ki, qarşılaşmanı Albaniyadan olan hakimlər briqadası idarə edəcək. Baş hakim Enea Yorqyi olacaq. Ona yan xətt hakimləri qismində İlir Tartaray və Doyando Miftari laynsmanlar qismində köməklik göstərəcək.
Dördüncü hakim funksiyasını Şimali Makedoniyadan olan Yovan Kaçevski yerinə yetirəcək. Dördpendirli pizza
Qeyd edək ki, noyabrın 20-də Skopyedəki “Todor Proeski Milli Arena”sında oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.
Telegram kanalımız