Simonyan: Türkiyə vasitəçilik təklif etməyib

saytların hazırlanması

Evə çatdırılma

Simonyan: Türkiyə vasitəçilik təklif etməyib

Dünya

22 Oktyabr 2024 14:13 419


Türkiyədən Ermənistanla Azərbaycan arasında vasitəçilik təklifi olmayıb.

Yenisabah.az xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib.

O qeyd edib: “Türkiyənin bu prosesdə iştirakı göz qabağındadır və arzu da təbii ki, belə olmalı idi. Yeganə təklif “3+3” formatı ilə bağlı olub ki, bunu müzakirə edib cavabımızı verəcəyik. Fikrimcə, onlar da Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanmasını gözləyir və öz tərəfdaşları olan Azərbaycanı hər cür dəstəkləməyə çalışırlar. Marqarita pizza

Bununla yanaşı, dəlil müstəvisində bundan artıq deyiləcək heç nə yoxdur. Məndə belə təəssürat yaranır ki, onların da bir sualı var: niyə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmır? Məncə, bu, yaxşı xəbərdir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!