Siqaret çəkən və spirtli içki içənlərin nəzərinə - ÜST xəbərdarlıq etdi

saytların hazırlanması

Evə çatdırılma

Siqaret çəkən və spirtli içki içənlərin nəzərinə - ÜST xəbərdarlıq etdi

Sağlamlıq

21 Mart 2020 10:05 2138


Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhan Qebreyesus koronavirusdan qorunmaq üçün insanları spirtli içkidən və siqaretdən imtina etməyə çağırıb.

RİA Novosti xəbər verir ki, ÜST rəhbəri daha çox idmanla məşğul olmağı məsləhət görüb: “İmmunitet sisteminizin düzgün işləməsinə kömək edən sağlam və faydalı qidalar yeyin, alkoqol qəbulunu məhdudlaşdırın, şəkərli içkilərdən çəkinin. Siqaret çəkməyin. Siqaretə aludə olsanız, yoluxacağınız ciddi xəstəliyin inkişaf riskini artıra bilərsiniz”.

Baş direktor əlavə edib ki, fiziki fəaliyyətə gündə ən azı 30 dəqiqə vaxt ayırmaq lazımdır: pizza sifarişi

“Evdən işləsəniz, uzun müddət eyni vəziyyətdə oturmamağa diqqət edin. Qalxın və hər 30 dəqiqədə 3 dəqiqəlik fasilə verin”. /APA

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!