Siqareti tərgitməyə mane olan vərdişlər

saytların hazırlanması

Evə çatdırılma

Siqareti tərgitməyə mane olan vərdişlər

Sağlamlıq

01 İyun 2020 08:02 982


Nikotin asılılığından qurtulmaq üçün insanın düşüncə tərzini və davranış stereotiplərini dəyişdirməsi lazımdır.

“İzvestiya”nın məlumatına görə, bu barədə Rusiyada Milli Narkoloji Sağlamlıq İnstitutunun direktoru Oleq Zıkov deyib.

“Nikotin asılılığı xəstəliyinin abstinent sindromunu dayandırmaq çətin deyil və bu asanlıqla həll edilir. Lakin düşüncə və davranış tərzini, davranış stereotiplərini dəyişdirmək çətin ola bilər. Siqareti atma bacarığı elə burada özünü göstərir”, - deyə, narkoloq bildirib. pizza hut

Onun sözlərinə görə, insan nikotinin istifadəsini hansı vərdişlərin tətiklədiyini müəyyənləşdirməli və onlardan qurtulmalıdır.

Məsələn, bir çoxları yemək yedikdən sonra, yaxud da kiminsə yanında müşayiət üçün siqaret çəkir.

Zıkovun sözlərinə görə, asılılıqdan qurtulmaq üçün istək vacib rol oynayır. /Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!