Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Sirac Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
“Yeni Sabah” bildirir ki, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə S. Quliyev 4 il 6 ay 13 gün azadlıqdan məhrum edilib. pizza
İttihama görə, hadisə Suraxanı rayonunda baş verib. Rayon sakini, ev alqı-satqısı ilə məşğul olan Babək Əliyevi qonşusu Sirac Quliyev aldadıb. S. Quliyev zərərçəkmişə Çindən telefon aksesuarları gətirib satmaq vədi verib. Bu yolla ondan 92 min 500 manat alıb.
Həmçinin o Babək Əliyevin yeznəsi Ehtiram Əliyevi də aldadıb. Sirac Ehtirama Dubaydan kompüter gətirib sataraq gəlir əldə edəcəyini bildirib və bu üsulla ondan 52 min manat pul alıb.
İttihama görə, S. Quliyev zərərçəkmişlərin ümumilikdə 144 min 500 manatını dələduzluq yolu ilə mənimsəyib.
Nəzrin
Telegram kanalımız