Şirvanda 1 kq narkotiklə tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Şirvanda 1 kq narkotiklə tutuldu

Kriminal

06 Oktyabr 2022 10:35 1003


Şirvanda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Coşqun Alışov şəhər ərazisində saxlanılıb.

Yenisabah.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, axtarış zamanı üzərindən ümumilikdə 40 qramdan artıq heroin, tiryək və metamfetamin, idarə etdiyi “Renault” markalı avtomobildən isə 1 kiloqrama yaxın heroin, 12 qramdan artıq metamfetamin, 1 qram marixuana və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.

Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsində araşdırmalar davam etdirilir. Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!