Şirvanda evdən pul oğurlayan şəxs saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Şirvanda evdən pul oğurlayan şəxs saxlanıldı

Kriminal

23 May 2022 09:26 837


Şirvanda evdən pul oğurlayan şəxs saxlanılıb. 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şirvan regional qrupundan "Yeni Sabah"a verilən məlumata görə, Şirvan Şəhər Polis Şöbəsinə müraciət edən şəhər sakini M.Qasımov ona məxsus fərdi yaşayış evindən 1000 ABŞ dolları və 2 000 manat pulun oğurlanması barədə məlumat verib.

Daxil olan müraciətlə əlaqədar şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Məhəmməd Abdullayev saxlanılıb. Marqarita pizza

Dindirilmə zamanı həmin şəxs törətdiyi cinayət əməlini etiraf edərək oğurladığı pulları xərclədiyini bildirib.

Faktla bağlı M.Abdullayev barəsində Şirvan ŞPŞ-də cinayət işi başlanılıb, onun digər cinayət əməllərində iştirakının olub-olmaması araşdırılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!