Şirvanda heyvanlar peyvəndlənir

saytların hazırlanması

Evə çatdırılma

Şirvanda heyvanlar peyvəndlənir

Sosial

18 Mart 2019 17:20 789


Şirvan şəhərində də "Epizootiya əleyhinə profilaktika və diaqnostika tədbirlər planı"na uyğun xüsusi təhlükəli xəstəliklərə qarşı profilaktik peyvəndləmə, diaqnostik müayinə, dezinfeksiya və digər tədbirlər davam etdirilir.

"Yeni Sabah" xəbər verir kiŞ Şirvan şəhəri ərazisində 2660 baş iribuynuzlu, 14200 baş xırdabuynuzlu, 50 baş təkdırnaqlı, 500 baş sahibli it və 260000 baş ev quşu mövcuddur.

Hazırda Şirvan Şəhər Baytarlıq İdarəsi tərəfindən Şirvan şəhər sakini Bədirov Bədirxana məxsus fərdi təsərrüfatda, bağlı şəraitdə saxlanılan 42 baş iribuynuzlu heyvanlar arasında dabaq xəstəliyi əleyhinə peyvəndləmə aparılıb. Eləcə də həmin təsərrüfatda ilin əvvəlində qarayara xəstəliyi əleyhinə profilaktik tədbirlər icra edilib. Ümumiyyətlə, 2019-cu ilin yanvar ayından başlayaraq bu günə kimi şəhər ərazisinə daxil olan ayrı-ayrı təsərrüfatlarda 2230 baş iribuynuzlu, 35  baş təkdırnaqlı heyvanda qarayara, 221  baş sahibli itdə quduzluq, 35963 baş körpə cücələrdə (“La-sota” ştammı ilə) və 14972 baş ev quşlarında (“H” ştammı ilə) nyukasl xəstəliklərinə qarşı peyvəndləmə tədbirləri aparılıb. Sezar pizza

Fevral ayından isə Şirvan şəhəri ərazisində saxlanılan iribuynuzlu heyvanlar arasında dabaq xəstəliyinə qarşı peyvəndləmə tədbirinə başlanılıb. Artıq 2286 baş iribuynuzlu heyvanda bu tədbir aparılaraq, 850 kvadratmetr sahədə profilaktik dezinfeksiya və 740 kvadratmetr sahədə profilaktik dezinseksiya işləri icra edilib. Hazırda şəhər ərazisində saxlanılan xırdabuynuzlu heyvanlarda “Rev-1” vaksini ilə brusellyoz, А,О vaksinləri ilə dabaq xəstəlikləri əleyhinə peyvəndləmə tədbirləri aparılır. Ümumiyyətlə, şəhərin ərazisinə daxil olan təsərrüfatlarda heyvanlar arasında aparılan peyvəndləmə tədbirləri “soyuq zəncir” rejiminə riayət olunmaqla həyata keçirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!