Şirvanda iki il qabaq törədilən oğurluğun üstü açıldı

saytların hazırlanması

Evə çatdırılma

Şirvanda iki il qabaq törədilən oğurluğun üstü açıldı

Kriminal

03 İyul 2022 13:55 1122


Şirvanda 2020-ci ildə törədilən oğurluq hadisəsinin üstü açılıb. 

Bu barədə "Yeni Sabah"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

Məlumatda qeyd olunur ki, Baş Cinayət Axtarışı İdarəsinin və Şirvan Şəhər Polis Şöbəsi (ŞPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində 2020-ci ilin dekabr ayında Şirvan şəhəri ərazisində “Mercedes” markalı bir mikroavtobusdan vətəndaşa məxsus 10 300 manat pul oğurlamaqda şübhəli bilinən şəxsin şəhər sakini, hal-hazırda sonradan törətdiyi başqa bir oğurluq hadisəsinə görə Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin cəzaçəkmə müəssisəsində cəza çəkən Etiqad Səməndərli olduğu müəyyən edilib. Toyuqlu pizza

Dindirilmə zamanı həmin şəxs 2 il əvvəl törətdiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı Şirvan ŞPŞ-də araşdırmalar davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!